“Yeni Müsavat” qəzetinin mühacirətdə olan müxbiri Elbəyi Həsənli 10 ildən sonra Azərbaycana dönür.
Qəzetdəki mənbədən APA-ya daxil olan məlumata görə, jurnalistin artıq Bakıya qayıdacağı tarix də bəlli olub. Məlumata görə, E. Həsənli ailəsi ilə birlikdə yanvarın 31-dən fevralın 1-ə keçən gecə Bakıya gələcək: “Hələlik Elbəyi Həsənlinin mühacir həyatına birdəfəlik son qoyulub-qoyulmayacağı məlum deyil. O, bir müddət Bakıda qalandan sonra son qərarını verəcək”.
Qeyd edək ki, E. Həsənli İsveçrədə yaşayırdı.