Bugünlərdə Dünya Azərbaycanlıları Assambleyasının daha iki ölkədə nümayəndəliyi təsis edildi. Bununla əlqədar bugün DAA prezidenti Rəşad Quliyevin sərəncamı ilə daha iki nümayəndəliyə rəhbər təyin edildi. Belə ki, Dünya Azərbaycanlıları Assambleyası Türkiyə nümayəndəliyinə rəhbər olaraq Aydan Özkurt Aliyeva, İtaliya nümayəndəliyinə rəhbər olaraq Yusifzadə Bahar xanım, maliyyə məsələləri departamentinin rəhbəri Aydin Karaca təyin olunmuşdur. Yaxın günlərdə DAA-ya təyin olunmuş bir neçə ölkə nümayəndəliklərlə bağlı sizlərə məlumat veriləcəkdir.
Bu yaxınlarda DAA-nın daha Amerika Birləşmiş Ştatları , Qətər, Küveyt, Çin təmsilçiliklərinin yaradılacağı gözlənilir.
Qeyd edək ki, DAA Türkiyə nümayəndəsi Aydan xanım Ankara Böyük Şəhər Bələdiyyəsinin Tibb Mərkəzində baş həkim, Bahar Yusifzadə isə Naxçıvan Tibb Universitetini bitirsə də, hazırda İtaliyanın Milan şəhərində, kardioloq olaraq fəaliyyət göstərməkdədir.