Daxili İşlər Nazirliyi son günlərdə Azərbaycanda törədilmiş qətl hadisələri ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 18-də Suraxanı rayonu Bülbülə qəsəbə sakini Gülarə Ağayevanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı mənzilində tapılıb. Faktla əlaqədar cinayət işi başlanıb. Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Bundan başqa fevralın 19-da Tərtər şəhər sakini Sənan Mirzəyevin odlu silahdan qətlə yetirilmiş meyiti yaşadığı mənzilində tapılıb. Tərtər RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.