DİN dəhşətli partlayışlarla bağlı məlumat yaydı
14 fevral 2014 13:10 (UTC +04:00)

DİN dəhşətli partlayışlarla bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi fevralın 13-də Bakıda və Biləsuvarda baş vermiş partlayışlarla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 13-də saat 10 radələrində Binəqədi rayonu S.S.Axundov küçəsində istifadə olunmayan yarımçıq tikilidə təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə tikili dağıldığından yaxınlıqdakı ticarət obyektlərinin və yaşayış evlərinin şüşələri sınıb, Azad Möhbalıyevə məxsus “Mercedes” markalı avtomobilə qismən ziyan dəyib, xəsarət almış  Bakı şəhər sakinləri Fillurə Budaqovaya, Afiyyət İbadovaya, Tamella Səfərovaya, Şücayət Qədimovaya və Tərlan Kazımova xəstəxanada ilkin tibbi yardım göstərilib.

 

Bundan başqa fevralın 13-də saat 16 radələrində Xətai rayonu R.Quliyev küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsinə məxsus çəndə qaynaq işləri aparılarkən partlayış baş verib. Nəticədə qaynaqçı Şamxal Orucov və fəhlələrdən Həsrət İmamverdiyev ölmüş, digər fəhlə Həşim Turabova xəstəxanada ilkin tibbi yardım göstərilib.

 

Daha bir hadisə  fevralın 13-də saat 15.40 radələrində Biləsuvar şəhərinin ərazisində yerləşən qaynaq sexində olub. Yanacaq daşıyan “KamAZ” markalı avtomobilin çənində qaynaq işləri aparılarkən partlayış baş verib. Nəticədə sürücü, Kəngərli rayon sakini Şaiq Cəfərli və Biləsuvar şəhər sakini Əjdər Poladov ölmüş, Baloğlan Poladov xəstəxanaya yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1201
avatar

Oxşar yazılar