DİN Bərdədə aşkarlanmış yararsız ətlə bağlı məlumat yaydı
17 fevral 2014 12:44 (UTC +04:00)

DİN Bərdədə aşkarlanmış yararsız ətlə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Bərdə rayonunda aşkarlanmış külli miqdarda yararsız ətlə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevralın 14-də DİN-in Karantin Tədbirlərini Təmin Edən Əlahiddə Polis Taboru və Dövlət Baytarlıq Xidməti əməkdaşları tərəfindən Bərdə şəhəri S.Vurğun küçəsində yaşayan Seyfəddin Novruzovun həyətində mənşəyi məlum olmayan 10 ton yararsız ət aşkar edilib.

Araşdırmalar davam etdirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 721
avatar

Oxşar yazılar