Daxili orqanlarından 57 büküm heroin çıxdı
10 noyabr 2016 15:22 (UTC +04:00)

Daxili orqanlarından 57 büküm heroin çıxdı

0

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

DGK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanlarında (mədə və düz bağırsağında) 57 ədəd bükümdə, xalis çəkisi 131,10 qram olan narkotik vasitə - heroin aşkar edilib.

 
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar