Gəncədə piyadanı avtomobil vurub. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin şərq çıxışında baş verib. Şəhər sakini 1953-cü il təvəllüdlü Babayev Faiq Əsədulla oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Sürücü dərhal piyadanı xəstəxanaya çatdırıb, ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.