BŞİH Müsavatın qurultay müraciətinə baxır
03 mart 2014 13:21 (UTC +04:00)

BŞİH Müsavatın qurultay müraciətinə baxır

0

“Müsavat Partiyasının mayın 24-də keçirilməsi nəzərdə tutulan qurultayına yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi məktuba baxılır və rəsmi cavab veriləcək”.

 

Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib.

 

Z.Ramazanov qeyd edib ki, Müsavat Partiyasının müraciəti BŞİH-ə daxil olsa da, hələlik cavab verilməyib.

 

Qurultaya yer ayrılması məsələsinə gəldikdə isə, Z.Ramazanov bildirib ki, bu barədə BŞİH-in mövqeyi rəsmi cavabda əksini tapacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 446

Oxşar yazılar