Dünən Azərbaycanda baş vermiş yol qəzalarında 2 nəfər həlak olub. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, gün ərzində ümumilikdə 13 yol-nəqliyyat hadisəsi baş verib. nəticədə 2 nəfər həlak olub, daha 13 nəfər isə yaralanıb.
Ölümlə nəticələnən yol qəzaları Qusar və Beyləqan rayonlarında baş verib. hər iki hadisə zamanı minik avtomobillərinin aşması 1 nəfərin ölümünə səbəb olub.