Beynəlxalq müdafiə sənayesi sərgisinə hansı ölkələr qatılacaq?
21 fevral 2014 15:08 (UTC +04:00)

Beynəlxalq müdafiə sənayesi sərgisinə hansı ölkələr qatılacaq?

Tədbirdə Türkiyənin Milli müdafiə nazirinin iştirakı da planlaşdırılır


 

Türkiyə sentyabr ayının 11-dən 13-dək Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində 20-dən artıq şirkətlə iştirak edəcək.

 

Bu barədə APA-ya Türkiyə Müdafiə Sənayesi Katibliyinin (SSM) beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Yaqub Taşdeler məlumat verib.

 

Y. Taşdelerin sözlərinə görə, Türkiyə sərgidə SSM-in rəhbərliyi altında ən böyük milli pavilyona sahib olacaq. Sərgidə Türkiyədən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən ASELSAN, ROKETSAN, HAVELSAN, MKE, Otokar, STM, FNSS, DEARSAN, TAİ, «Sarsılmaz» kimi böyük şirkətlərlə yanaşı müxtəlif firmalar stendlərlə təmsil olunaraq, məhsul və xidmətlərini nümayiş etdirəcək.

 

Sərgidə Türkiyə şirkətləri tərəfindən istehsal olunan bəzi hərbi texnikaların əyani nümayişi nəzərdə tutulur.

 

Türkiyənin pavilyonunun ümumi sahəsi 1400 kvadratmetr təşkil edəcək.

 

APA-nın öz mənbələrindən əldə etdiyi məlumata görə, ADEX-2014 sərgisində ziyarətçi qismində Türkiyənin Milli müdafiə naziri İsmət Yılmazın başçılığı altında nümayəndə heyətinin və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından nümayəndə heyətinin iştirakı da planlaşdırılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 305
avatar

Oxşar yazılar