Beyləqan MRX-nın Təcili Tibbi Yardım Stansiyasının həkimi Əlişir Əflatunov APA-nın Qarabağ bürosuna bildirib ki, yaralılardan Vəzifə Süleymanovanın ayaq nahiyəsində qırıq və bədənin digər nahiyələrində ağır xəsarətlər olduğundan xəstəxana şəraitində müalicə alması üçün palataya yerlıəşdirilib.
Vəzifə Süleymanovanın həyat yoldaşı Oruc Süleymanov APA-nın Qarabağ bürosuna bildirib ki, partlayış buxar qazanında baş verib. Xəmir dolu qazan V. Süleymanovanın üstünə aşıb. Digər dörd nəfərin üstünə isə buxar qazanından isti su tökülüb. O, həyat yoldaşını özü qazanın altından çıxarıb.
Hadisə baş verən müəssisənin rəhbərliyi partlayışın baş verdiyi ərazidə çəkiliş aparmağa imkan verməyib.
Faktla bağlı araşdırma aparılır. İlkin ehtimala görə, hadisənin törənməsinə buxar qazanlarının istismar üçün düzgün tənzimlənməməsi səbəb olub.