Bayılda qəzalı vəziyyətdə olan binanın sakinləri köçürülür
05 mart 2014 13:27 (UTC +04:00)

Bayılda qəzalı vəziyyətdə olan binanın sakinləri köçürülür

Səbail rayonu, Bayıl qəsəbəsi Mikayıl Hüseynov, 14 ünvanında yerləşən qəzalı vəziyyətdə olan binanın sakinləri köçürülür.

 

Bu barədə APA-ya açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti ictimai-siyasi şöbəsinin müdiri İsrafil Kərimov bildirib.

 

Binadan köçürülən sakinlərə 1 kv.m üçün 1500 manat kompensasiya verilir.

 

İ. Kərimov köçürmə prosesinin normal qaydada davam etdiyini bildirib.

 

Qeyd edək ki, 300-ə qədər sakinin yaşadığı binada 72 mənzil var. 2013-cü il noyabrın 14-də Səbail Rayon 45 saylı Mənzil-İstismar İdarəsi sakinlərə binanın qəzalı vəziyyətdə olduğu və sökülməli olduğu barədə bildiriş təqdim edib.

 

İ. Kərimov hazırda Bayılda sürüşmə zonasında yerləşən həyət evlərdə yaşayan sakinlərin köçürülməsinə və söküntü işlərinə hazırlıq aparılmadığını da bildirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 965
avatar

Oxşar yazılar