“İrəvan Press” qəzetinin baş redaktoru, Bakı şəhər sakini Azər Abbasovun şantaj yolla pul tələb etməsi və mənimsədiyi müəyyən edilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində “İrəvan Press” qazetinin baş redaktoru, Bakı şəhər sakini Azər Abbasovun “jam.az” və “naviqator.info” internet saytlarında Şirvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Vasif Əliyev və Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin müdiri Çingiz Əhmədov barələrində həqiqətə uyğun olmayan məlumatlar yerləşdirməklə onlar haqqında rüsvayedici məlumatların müxtəlif internet saytlarında yayılacağı hədəsi ilə hər birindən 300 manat pulu “Azərpoçt” MMC vasitəsi ilə öz adına göndərmələrini tələb etdiyi və həmin vəsaiti poçt vasitəsi ilə çıxararaq mənimsədiyi müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.