Baş Prokurorluq təkzib edib
18 fevral 2014 20:36 (UTC +04:00)

Baş Prokurorluq təkzib edib

 "Bu gün bir sıra mətbuat orqanlarında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini olan general-mayor Əli Nağıyevin Şahdağ Qış-Yay Turizm Kompleksində dincələrkən xəsarət alması və bu səbəbdən də evdə müalicə alması barədə yayılan informasiyalar əsassızdır və həqiqətə uyğun deyil".


APA-nın məlumatına görə, bu barədə Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında deyilir. Baş Prokurorluq bu məlumatı KİV haqqında qanunun pozuntusu, vəzifəli şəxsin işgüzar nüfuzuna xələl gətirilməsi və ictimai rəyi çaşdırmaq məqsədi kimi qiymətləndirir.

 

Baş prokurorluq xatırladır ki, yalan və böhtan xarakterli məlumatların yayılmasına görə KİV orqanı rəhbəri cinayət və digər məsuliyyət daşıyır.

 

Baş Prokurorluq bu məsələ ilə bağlı Mətbuat Şurasına müraciət etmək niyyətindədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1386
avatar

Oxşar yazılar