Ötən gecə Bakıda və Mingəçevirdə yaşayış evləri yanıb.
Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakının Nizami rayonunda ümumi sahəsi 50 m2 olan birmərtəbəli 3 otaqlı tikilinin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Mingəçevir şəhərində isə ümumi sahəsi 170 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 80 m2 sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.