Bakıda Türkiyə vətəndaşını maşın vurdu
29 oktyabr 2016 05:26 (UTC +04:00)

Bakıda Türkiyə vətəndaşını maşın vurdu

0

Bakının Nəsimi rayonu ərazisində tikinti şirkətində çalışan Türkiyə vətəndaşını maşın vurub.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, “Yeni Həyat” tikinti şirkətində işləyən Türkiyə vətəndaşı Ahmed Yılmaz İnqilab İsmayılov küçəsində yolu keçmək istəyərkən yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı avtomobilin qarşısına çıxıb. Sürücü idarəetməni itirib və maşın Türkiyə vətəndaşını vurub.

 

Ağır xəsarət alan piyadanı “Mercedes” markalı avtomobilin sürücüsü 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb. Həkimlərin verdiyi məlumata görə, A.Yılmaz əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır.

 

Nəsimi Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 431

Oxşar yazılar