Bakı şəhəri, Pirallahı rayonunda yanğın hadisəsi baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 700 m2 olan ikimərtəbəli sanatoriya binasının 2-ci mərtəbəsində ümumi sahəsi 15 m2 olan otağın yanar konstruksiyaları və ev əşyaları yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.