Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az xəbər verir ki, Balaxanı qəsəbəsindəki parkda Günay Əliyeva Aynurə Babayevanı bıçaqlayıb. G.Əliyeva tutularaq istintaqa təhvil verilib.
Ölkə.az-ın məlumatına görə, faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi tərəfindən araşdırmalara başlanılıb. Saxlanılan G.Əliyeva törətdiyi cinayət əməlini etiraf edərək bildirib ki, cinayəti qısqanclıq zəminində törədib. Qadının dediyinə görə, həyat yoldaşı Fizuli rayon sakini Əliyar Əhmədov bir neçə ildir ki, A.Babayeva ilə qeyri-rəsmi münasibətdədir. Bununla bağlı dəfələrlə Aynurəyə xəbərdarlıq etsədə o, Əliyar ilə görüşməyi davam etdirib. Ötən gün isə Günay Aynurəyə zəng edərək onu görüşə çağırıb və üzərində gəzdiridiyi cib bıçağı ilə ona bir neçə xəsarət yetirib.
Araşdırmalar davam etdirilir.