Bakıda mağazalardan dini təyinatlı materiallar tapılıb
15 fevral 2014 13:17 (UTC +04:00)

Bakıda mağazalardan dini təyinatlı materiallar tapılıb

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kazımzadə küçəsində Ucar rayon sakini Revanur Albukayra məxsus mağazadan qanunla qadağan olunmuş 40 ədəd dini təyinatlı ədəbiyyat, habelə 10 ədəd CD və DVD disklər tapılıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, bundan başqa  N.Hacıyev küçəsində Oğuz rayon sakini Arzuman Piriyevə məxsus mağazadan isə 19 ədəd dini təyinatlı DVD aşkar edilərək götürülüb.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686
avatar

Oxşar yazılar