Bakıda kommunal evdə yanğın oldu
20 oktyabr 2016 06:36 (UTC +04:00)

Bakıda kommunal evdə yanğın oldu

0

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda birmərtəbəli kommunal tipli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 58 m2 olan 3 otaqlı yaşayış evində qaz sobasının ətrafı 3 m2 sahədə və digər vətəndaşa məxsus ümumi sahəsi 56 m2 olan 3 otaqlı yaşayış evinin mətbəxinin tavanı 1 m2 sahədə yanıb.

 

Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar