Yanvarın 4-də Xəzər rayonu ərazisində soyğunçuluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal Xəzər RPİ 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Buzovna qəsəbəsində yaşayan bir qadına qarşı zor tətbiq edərək soyğunçuluq yolu ilə 532 manatının və mobil telefonunun alınması müəyyən edilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən iki nəfər müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onların Bakı şəhər sakinləri Məmmədtağı İsmayılov və İsmayıl Əliyev olmaları məlum olub. Hər iki şəxs istintaqa təhvil verilib. Araşdırma aparılır.