Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində daha iki qadının əxlaqsızlıq yuvası saxlaması və digər qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Maral Xəlilovanın C.Naxçıvanski küçəsində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası saxlaması və qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib. Bundan başqa İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əsli Əhmədovanın da qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.
Hər iki şəxs ətrafında araşdırmalar davam etdirilir.