Bakıda dizel yanacaq boru xəttində qəza baş verib
09 mart 2014 17:51 (UTC +04:00)

Bakıda dizel yanacaq boru xəttində qəza baş verib

Bu gün Bakının Xətai rayonu ərazisində dizel yanacaq boru xəttində qəza baş verib.

 

Milli.Az xəbər verir ki, hadisə Nobel prospekti ərazisində olub. Yanacaq borusunun partlaması nəticəsində dizel yanacağı ətrafa dağılıb. Ərazidə kiçik gölməçə yaranıb.

 

Qəza nəticəsində ərazidə sakinlərə təhlükə ola biləcək acınacaqlı vəziyyət yaransa da bu, bəzi yerli sakinlərin işinə yarayıb. Belə ki, bəzi sakinlər bir neçə çən havayı yanacaq doldurmaq imkanı əldə ediblər.

 

Qəzanın fəsadları artıq aradan qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1549

Oxşar yazılar