Bakıda dələduzluq etdiyinə görə axtarışda olan bir neçə nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi RPİ CAŞ və 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Rafiq Əmirkişiyev tutulub.
- Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Əliqismət Tağıyev tutulub.
- Oktyabrın 7-də M.Qaşqay küçəsində Çingiz adlı şəxs Cəlilabad rayon sakini Əziz Həşimovdan 800 manat alıb qaytarmayıb. Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən Zabil Quliyev tutulub. Müəyyən edilib ki, o, Abşeron RPŞ-si tərəfindən AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışdadır.
- Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Fikrət Səfərov tutulub.