“Son sutka ərzində Bakıda 11 nəfər dəm qazından zəhərlənib. Onlardan da 7 nəfəri xəstəxanaya yerləşdirilib”. Bunu Lent.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib.
Z. Vahidovanın sözlərinə görə, son sutka ərzində 9 nəfər buzda sürüşərək müxtəlif xəsarətlər alıb və onlardan da 8 nəfəri xəstəxanaya aparılıb.
“Sutka ərzində 3 yol-nəqliyyat qəzası baş verib. Bunlardan biri piyadanın vurulması hadisəsidir. Həmin şəxs də xəstəxanaya yerləşdirilib. Digər iki hadisə nəticəsində yaralanan 2 nəfər də xəstəxanaya aparılıb”.