Bakıda avtosalon yandı
20 fevral 2014 11:15 (UTC +04:00)

Bakıda avtosalon yandı

Bakı şəhərinin Nizami rayonunda avtosalon yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 300 kvadrat metr olan birmərtəbəli avtomobil satış mərkəzinin lambirdən ibarət  tavanı 10 kvadrat metr sahədə yanıb. Satış mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 08:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

# 907
avatar

Oxşar yazılar