Bakının Nərimanov rayonunda piyadanı avtomobil vurub.
APA-nın məlumatına görə, hadisə Həsən Əliyev küçəsində, Müəllimlər İnstitutunun qarşısında baş verib.
1985-ci il təvəllüdlü Muradov Ruslan Vidadi oğlu yolu keçmək istəyən zaman avtomobilin zərbəsinə tuş gəlib. Piyada aldığı xəsarətlərlə 1 saylı Xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti orta ağırdır.
Yol qəzasının təfərrüatlarını Nərimanov polisi araşdırır.