Bakıda 76 yaşlı kişini soydular
19 fevral 2014 15:44 (UTC +04:00)

Bakıda 76 yaşlı kişini soydular

Bakıda 76 yaşlı kişiyə qarşı quldurluq edilib.

 

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində, Elşən İsmayılov küçəsi, ev 1, mənzil 111 ünvanında qeydə alınıb.   

 

Bakı şəhər sakini, 1938-ci il təvəllüdlü Şaiq Əli oğlu Muqimovun kirayə yaşadığı mənzilə  daxil olan naməlum şəxs bıçaqla onu hədələyərək 1670 manat pulunu alıb.

 

Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 815

Oxşar yazılar