Bakıda 48 yaşlı qadının meyiti tapılıb
06 fevral 2014 18:48 (UTC +04:00)

Bakıda 48 yaşlı qadının meyiti tapılıb

Bakı şəhəri, Yasamal rayonunda 1966-cı il təvəllüdlü Kəngərli Leyla Adil qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olmuş və giriş qapısını açıb. Mənzilə baxış keçirilərkən vətəndaş dəhlizin döşəməsində hərəkətsiz vəziyyətdə aşkarlanıb.

 

Hadisə yerində çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində Leyla Kəngərlinin vəfat etdiyi müəyyən olunub.

 

Ölümün səbəbləri araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1098

Oxşar yazılar