Məşhur azərbaycanlı müğənni Nazir Həbibov saxlanılıb. O, narkotik vasitə qəbul etməkdə və satışında ittiham edilir.
Lent.az-ın ATV-yə istinadən xəbərinə görə, Türkmənistana 35 kiloqram tiryək gətirməyə cəhd edən qrupla birgə ələ keçirilən müğənni törətdiyi əməli etiraf edib və peşman olduğunu bildirib.
Aşqabad şəhərində dünyaya gələn Nazir Həbibov Türkmənistanda ən bahalı toy müğənnilərindən biridir. Onun valideynləri, hətta həyat yoldaşı da azərbaycanlıdır.
Qeyd edək ki, Türkmənistanda narkotik vasitələrlə bağlı cəza çox sərtdir. Narkotik qaçaqmalçılarını amnistiyaya düşməmək şərti ilə uzunmüddətli həbs cəzası gözləyir.