Azərbaycanlı iş adamı Maydanda döyüldü
21 fevral 2014 16:59 (UTC +04:00)

Azərbaycanlı iş adamı Maydanda döyüldü

Ukrayna vətəndaşı olan Yaqub Behbudov xəstəxanada koma vəziyyətindədir


 

Ukraynanın paytaxtı Kiyevdə baş verən hadisələr zamanı azərbaycanlı iş adamı hücuma məruz qalaraq döyülüb.

 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, hücuma məruz qalan şəxs əslən Azərbaycanın Masallı rayonundan olan Ukrayna vətəndaşı, 1966-cı il təvəllüdlü Behbud Yaqubovdur.

 

Hadisə ötən gün axşam Müstəqillik Meydanının (Maydan) yaxınlığında baş verib.

 

“Berkut” xüsusi təyinatlıları ilə etirazçılar arasında toqquşma zamanı oradan keçən B. Yaqubov dəyənəklə baş nahiyəsindən ağır zərbələr alıb.

 

Hazırda Kiyevdəki xəstəxanaların birində koma vəziyyətindədir, vəziyyəti orta ağır qiymətləndirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1008
avatar

Oxşar yazılar