Azərbaycanla Türkiyə yenidən bir arada
20 fevral 2014 17:58 (UTC +04:00)

Azərbaycanla Türkiyə yenidən bir arada

Azərbaycandakı müəssisələrdən birində ROKETSAN-ın iştirakı ilə 107 və 122 mm çaplı reaktiv raketlərin istehsalı nəzərdə tutulur


 

Yaxın vaxtlarda Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə Türkiyənin ROKETSAN şirkəti arasında Azərbaycan müəssisələrinin birində raketlərin istehsalının başlanılmasına dair yekun sənədin imzalanması gözlənilir.

 

Bu barədə APA-ya Türkiyə Müdafiə Sənayesi Katibliyindən (SSM) məlumat verilib.

 

Birgə istehsalla bağlı texniki məsələlər həllini tapıb. Artıq istehsal prosesinin başlanılması üçün zəruri tədbirlər görülüb.

 

SSM-dən yekun sənədin nə zaman imzalanacağı barədə əlavə məlumat verilməyib.

 

Qeyd edək ki, razılaşmaya əsasən, Azərbaycandakı müəssisələrdən birində ROKETSAN-ın iştirakı ilə 107 və 122 mm çaplı reaktiv raketlərin istehsalı nəzərdə tutulur. Raketlərin mühərriki ROKETSAN, digər hissələri isə Azərbaycan müəssisəsi tərəfindən istehsal ediləcək.

 

Raketlərin istehsalına dair tərəflər arasında müzakirələr 2008-ci ildən başlanıb.

 

Hazırda ROKETSAN tərəfindən istehsal olunan 107 mm çaplı raketlərin atış uzaqlığı 11 km-dən, 122 mm çaplı raketlərinki isə 40 km-dən (keçmiş sovet-Rusiya analoqlarından 2 dəfə çox) çoxdur. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558
avatar

Oxşar yazılar

Zaqatalada maşın vuran məktəbli  öldü - YENİLƏNİB

Zaqatalada maşın vuran məktəbli öldü - YENİLƏNİB

26 iyun 2024 , 20:00
Sumqayıt bulvarında qadın dənizdə batdı  -YENİLƏNİB

Sumqayıt bulvarında qadın dənizdə batdı -YENİLƏNİB

26 iyun 2024 , 19:03
Gəncədə DƏHŞƏTLİ QƏTL:  sevgilisini öldürdü, özünü və başqa kişini bıçaqladı

Gəncədə DƏHŞƏTLİ QƏTL: sevgilisini öldürdü, özünü və başqa kişini bıçaqladı

26 iyun 2024 , 18:39
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

26 iyun 2024 , 18:35
"Jiquli" traktorla toqquşdu: ölən var

"Jiquli" traktorla toqquşdu: ölən var

26 iyun 2024 , 17:13
Lerikdə TORPAQ SÜRÜŞMƏSİ:  Lənkəran yolu bağlandı

Lerikdə TORPAQ SÜRÜŞMƏSİ: Lənkəran yolu bağlandı

26 iyun 2024 , 16:57
Qazaxdan gəlib Xəzərdə batdı

Qazaxdan gəlib Xəzərdə batdı

26 iyun 2024 , 15:01
Bakıda qara maskalılar  saxlanıldı

Bakıda qara maskalılar saxlanıldı

26 iyun 2024 , 13:10