Azərbaycanın NATO ilə təlimləri mayda olacaq
12 fevral 2014 18:35 (UTC +04:00)

Azərbaycanın NATO ilə təlimləri mayda olacaq

May ayında Bakıda Azərbaycanın NATO-nun Əməliyyat İmkanları Konsepsiyası taborunun (OCC) 2-ci səviyyəli qiymətləndirilməsi təlimi keçiriləcək.


 

APA-nın məlumatına görə, qiymətləndirmə təlimi mayın 5-dən 8-dək NATO ekspertlərinin iştirakı ilə reallaşacaq.

 

Təlimdə taborun şəxsi heyətinin verilmiş müxtəlif  tapşırıqların icrası NATO ekspertləri tərəfindən qiymətləndiriləcək.

 

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin OCC taboru NATO qüvvələri ilə birgə əməliyyatlar üçün nəzərdə tutulur. Azərbaycan tərəfi 2015-ci ildə OCC taborunu briqada səviyyəsinə çatdırmaq niyyətindədir. Bununla bağlı olaraq mövcud OCC taboru, sülhməramlı taborun birləşdirilməsi, habelə yeni – üçüncü taborun yaradılması nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 880
avatar

Oxşar yazılar