Hacıqabulda yük qatarı aşıb - <span style="color:red;">YENİLƏNİB
29 yanvar 2014 14:05 (UTC +04:00)

Hacıqabulda yük qatarı aşıb - YENİLƏNİB

Azərbaycanda yük qatarı relsdən çıxıb. Lent.az-ın məlumatına görə, bu barədə “anspress” saytı xəbər verib. Hadisə dəmiryolunun Hacıqabul rayonunun Muğanlı qəsəbəsindən keçən hissəsində baş verib.

 

Yük qatarının 3-4 vaqonunun relsdən çıxması nəticəsində vaqonlarda olan taxta və şalban kimi inşaat materialları yola dağılıb.

 

"Azərbaycan Dəmir Yolları" QSC mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə ölkə daxilində tikinti materialları, daş daşıyan qatarda qeydə alınıb.

 

Qurum rəsmisi faktla bağlı daha ətraflı məlumatın veriləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1526

Oxşar yazılar