Samuxda baş vermiş bədbəxt hadisədə yaralanan şəxs vəfat edib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 21-də evində təbii qaz sızmasından baş vermiş partlayış zamanı xəsarət almış Samux rayon sakini Zemfira İsmayılova oktyabrın 27-də xəstəxanada ölüb.
Araşdırma aparılır.