Azərbaycan Türkiyədən üzən körpülər alacaq - <span style="color:red;">YENİLƏNİB
17 fevral 2014 16:51 (UTC +04:00)

Azərbaycan Türkiyədən üzən körpülər alacaq - YENİLƏNİB

Türkiyə liman və tərsanə qurulmasında da Azərbaycana yardım etməyə hazır olduğunu bildirib


 

Azərbaycan Türkiyənin FNSS şirkəti ilə “Samur” üzən körpülərinin alınmasına dair müzakirələr aparır.

 

APA-nın məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Katibliyinin (SSM) beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri Yaqub Daşdələn bildirib.

 

Onun sözlərinə görə, bu körpü sistemi hazırda Türkiyə ordusunda istifadə olunur, Azərbaycan nümayəndə heyəti Türkiyəyə səfər edərək bu sistemə maraq göstərib.

 

Y. Daşdələn bildirib ki, Azərbaycanın verəcəyi son qərarından asılı olaraq, Türkiyə bu sistemləri Azərbaycana sata bilər: “Biz Azərbaycan müdafiə sənayesinin nə tələbatları varsa, bu istiqamətdə əməkdaşlıq etməyə hazırdır”.

 

SSM nümayəndəsi əlavə edib ki, Türkiyə Azərbaycana bəzi müdafiə sistemləri təklif edib: “Burada “Otokar”ın zirehli texnikaları, “Roketsan”ın  raket sistemləri var. “Roketsan”ın məhsullarının Azərbaycanda istehsal olunması və Azərbaycan Silahlı Qüvvələrinə verilməsi də planlaşdırılır. Azərbaycan TAİ şirkətinin T-129 “ATAK” helikopterlərinə də maraq göstərir”.

 

Y. Daşdələn onu da bildirib ki, Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli hərbi dialoq toplantısı zamanı Azərbaycan liman və tərsanə qurulmasını gündəmə gətirib: “Bu məsələdə Azərbaycana yardım etməyə hazırıq. Bunun mülki və ya hərbi tərsanə olacağı aydınlaşdırılmalıdır”.

 

Azərbaycanın Türkiyənin Milli Piyada Tüfəngi (MPT) layihəsində iştirakı ilə bağlı Y. Daşdələn bildirib ki, Azərbaycana bununla bağlı lazım olan məlumatlar verilib və hazırda Türkiyə cavab gözləyir: “Biz Azərbaycanın bu tüfənglərə ehtiyacı olduğunu bilirik. Lazım olsa, onların tam, ya da müəyyən hissələrinin burada istehsalı və ya yoxlama prosesini də təşkil etmək mümkündür”.

 

Türkiyə şirkətlərinin bu ilin sentyabr ayında Azərbaycanda keçiriləcək birinci ADEX-2014 beynəlxalq müdafiə sərgisində iştirakı ilə bağlı Y. Daşdələn qeyd edib ki, sərgidə 20 şirkət iştirakını təsdiqləyib: “Azərbaycanın birinci müdafiə sərgisində iştirak bizim üçün də vacibdir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1064
avatar

Oxşar yazılar