Azay Quliyev Almaniyaya gedir. Lent.az-ın verdiyi məlumata görə, Milli Məclisinin üzvü Azay Quliyev Almaniyada Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün 20-23 fevral tarixlərində Berlində səfərdə olacaq.
Səfər çərçivəsində millət vəkili Almaniya Bundestaqı, Fridrix Ebert və Konrad–Adenauer fondlarında görüşlər keçirəcək, Azərbaycan –Almaniya QHT-lərinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin icra vəziyyəti ilə bağlı olan məsələləri müzakirə edəcək.