Avtomobili yandırılan taksi sürücüsü itkin düşüb - <span style="color:red;">YENİLƏNİB
14 fevral 2014 18:55 (UTC +04:00)

Avtomobili yandırılan taksi sürücüsü itkin düşüb - YENİLƏNİB

Ötən gün saat 20.00 radələrində evindən çağırılan Neftçala sakini itkin düşüb, onun avtomobili yanmış halda aşkar edilib.

 

Bu barədə APA-nın Mil-Muğan bürosuna həmin şəxsin qardaşının verdiyi məlumata görə, qardaşı Yuxarı Qareymanlı kənd sakini, 1964-cü il təvəllüdlü Rüstəmov Kamal Ədalət oğlu taksi sürücüsü kimi fəaliyyət göstərirmiş. Fevralın 12-də saat 20.00 radələrində qardaşı evdə olarkən onu naməlum şəxslər çağırıb. Həmin şəxslər Kamal Rüstəmovdan onları harasa aparmağı xahiş ediblər. Bütün gecəni evə qayıtmayan Kamal Rüstəmovun idarə etdiyi VAZ 21011 markalı 47 ** 421 dövlət nömrə nişanlı avtomobil səhər saatlarında yanmış halda qonşu Pirəbbə kəndinin ərazisində aşkar edilib. Eyni zamanda avtomobilin yanında onun ayaqqabısı da aşkar edilib. Lakin yanmış avtomobilə polis tərəfindən baxış keçirilərkən hər hansı cəsəd aşkar edilməyib.

 

Hazırda  Neftçala polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilir. Neftçala polis şöbəsinin növbətçi hissəsindən hadisə ilə bağlı təfsilatlı məlumat almaq mümkün olmayıb.

 

Faktla bağlı Neftçala rayon polis şöbəsində araşdırma və axtarışlar davam etdirilir. 

 

# 1590
avatar

Oxşar yazılar

SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24
Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

18 may 2024 , 12:19