Yol qəzası: sərnişin avtobusu aşıb, 6 nəfər yaralanıb - <span style="color:red;">YENİLƏNİB-2
18 fevral 2014 09:37 (UTC +04:00)

Yol qəzası: sərnişin avtobusu aşıb, 6 nəfər yaralanıb - YENİLƏNİB-2

Bakının Suraxanı rayonunda, Heydər Əliyev prospektinin "Buta Palace" sarayına yaxın hissəsində yol nəqliyyat hadisəsi baş verib.


APA-nın məlumatına görə, "10 RC 430" dövlət nömrə nişanlı "Mercedes Benz"lə "90 JR 207" nömrəli "Hyundai" markalı sərnişin avtobusu toqquşub.

 

Qəza nəticəsində 6 nəfər ağır yaralanıb. Yaralılar - 45 yaşlı Zakir Seyfullayev, 34 yaşlı Sulduz Hüseynov, 24 yaşlı Əminə Rəcəbova, 46 yaşlı Ulduz Abdullayeva, 17 yaşlı Fərid Ağalarov 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.  

 

Hadisəni araşdıran Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis baş leytenantı Seymur Məmmədovun APA-ya verdiyi məlumata görə, "Mercedes Benz”in "Hyundai"ni arxadan vurması nəticəsində avtobus aşıb. Sürücülər ifadə vermək üçün rayon polis idarəsinə dəvət olunublar. Faktla bağlı araşdırma aparılır.

***

21.45

Suraxanı rayonunda, Heydər Əliyev prospektinin "Buta Palace" sarayına yaxın hissəsində yol nəqliyyat hadisəsi baş verib.


 

APA-nın məlumatına görə, "10 RC 430" dövlət nömrə nişanlı "Mercedes Benz"lə "90 JR 207" nömrəli "Hyundai" markalı sərnişin avtobusu toqquşub.

 

Qəza nəticəsində 4 nəfər ağır yaralanıb. Yaralılar 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.

 

Hadisəni araşdıran Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis baş leytenantı Seymur Məmmədovun APA-ya verdiyi məlumata görə, "Mercedes Benz”in "Hyundai"ni arxadan vurması nəticəsində avtobus aşıb. Sürücülər ifadə vermək üçün rayon polis idarəsinə dəvət olunublar. Faktla bağlı araşdırma aparılır.

 

***

20.13

 Bakıda yol qəzası baş verib.

 

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi Heydər Əliyev prospektində, “Buta Palace” sarayının qarşısında qeydə alınıb.

“Hyundai” markalı sərnişin avtobusu ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır. 

 

 

 

 

# 1856
avatar

Oxşar yazılar