Astara bazarındakı yanğını söndürməyə əlavə qüvvə cəlb olunub - <span style="color:red;">YENİLƏNİB
17 fevral 2014 16:25 (UTC +04:00)

Astara bazarındakı yanğını söndürməyə əlavə qüvvə cəlb olunub - YENİLƏNİB

Azərbaycanın Astara şəhərindəki mərkəzi bazarda başlayan yanğının söndürülməsinə əlavə qüvvələr cəlb edilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən 4 yanğınsöndürən maşın və canlı qüvvəsi gəlib.

 

 

Yanğının əhatə dairəsi genişləndiyindən köməyə Lənkərandakı Yanğından Mühafizə Hissəsindən də daha bir yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

 

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

 

 

***

15.53

Astara rayonunun mərkəzi bazarı yanır.


 

Fövqəladə Hallar nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsindən APA-ya verilən məlumata görə, hadisə saat 15.00-da başlayıb.

 

Astara rayonunun mərkəzi bazarında baş verən yanğının söndürülməsinə xeyli sayda yanğınsöndürən cəlb edilib.

 

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

 

# 2001
avatar

Oxşar yazılar