Astarada avtoqəza: 5 yaralı - YENİLƏNİB
17 yanvar 2017 23:34 (UTC +04:00)

Astarada avtoqəza: 5 yaralı - YENİLƏNİB

0

Astarada avtoqəza nəticəsində 5 nəfər xəsarət alıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kijəbə  kəndi ərazisində qeydə alınıb. Kənd sakini 1990-cı il təvəllüdlü Bəylər Amil oğlu İbrahimov idarə etdiyi  “VAZ-21011” markalı avtomaşını maneəyə çırpıb. Nəticədə sürücü də daxil olmaqla, 5 nəfər xəsarət alıb. Onlardan dördü Astara rayon mərkəzi xəstəxanasına, Şuvi kənd sakini 1987-ci il təvəllüdlü Yüsif Mirəli oğlu Məmmədov isə Lənkəran mərkəzi xəstəxanasına yerləşdirilib.

 

Xəsarət almış üç sərnişinin kimliyi hələlik məlum deyil.

 

Fakt araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 437

Oxşar yazılar