Astarada 6 otaqlı evdə yanğın oldu
01 fevral 2017 23:35 (UTC +04:00)

Astarada 6 otaqlı evdə yanğın oldu

0

Astarada yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Astara rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 15 m² olan taxtadan ibarət tikilinin yanar konstruksiyaları və yaxınlıqda yerləşən ümumi sahəsi 234 m² olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində pəncərə çərçivəsi və evin giriş qapısı 4 m² sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar