Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış sürücü ölüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 4-də Kürdəmir rayonunun Sor-Sor kəndində Laçın rayon sakini Ramil Məcnunov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü noyabrın 8-də orada ölüb.
Araşdırma aparılır.