Cəlilabad rayonunda quldurluq hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 17-nə keçən gecə Cəlilabad şəhərinin ərazisində şəhər sakini Eldəniz Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobildə sərnişin qismində gedən şəxsiyyəti məlum olmayan 2 nəfər onu və digər sərnişini, Maşlıq kənd sakini Seymur Əmənovu tapançaya bənzər əşya ilə hədələyərək onlardan 30 manat pul alıb.
Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Privolnoye kənd sakinləri Tofiq Süleymanov və İbadət Süleymanov tutulub. Onlardan 1 ədəd tapançaya bənzər alışqan götürülüb.