Ağdaşda ev yanıb
04 fevral 2014 23:55 (UTC +04:00)

Ağdaşda ev yanıb

Ağdaş rayonunda fərdi yaşayış evi yanıb. Rayon yanğından mühafizə hissəsindən APA-ya verilən məlumata görə, hadisə fevralın 4-də Qulbəndə kənd sakini 1977-ci il təvəllüdlü Cəbrayılov Sədiyar Nuru oğluna məxsus mənzildə qeydə alınıb.

 

Ümumi sahəsi 90 kvadratmetr olan 2 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı evin dam örtüyü, otaqların tavanı və döşəməsi, içəridəki məişət əşyaları yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının qaz sobasının düzgün quraşdırılmaması səbəbindən baş verdiyi bildirilir. Yanğın söndürülüb və alovun yaxınlıqda yeni tikilən evə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar