
"Qatar bələdçiləri arasında QİÇS xəstəliyi yayılması xəbəri əsassızdır"
Azərbaycanda qatar bələdçiləri arasında QİÇS xəstəliyinin yayılması barədə səslənən fikirlər əsassızdır. Bu barədə APA TV-yə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov bildirib. Onun sözlərinə görə, belə bir hala rast gəlinməyib: “İşçilərimiz mütəmadi olaraq müayinəyə cəlb olunurlar. Sadəcə kişi bələdçilərdən bir neçəsi tibbi müayinəyə gəlməyib, onlar da buna görə tənbeh olunub”.
Dövlət Dəmir Yolu Xəstəxanasının həkim-ekspert komissiyasının sədri Faiq İsmayılov da deyilənləri təsdiq edib. Həkim bildirib ki, dəmiryolçular hər 6 aydan bir məcburi müayinədən keçirlər.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakı-Moskva reysi ilə hərəkət edən qatarın 30-a qədər bələdçisinin QİÇS-ə yoluxduğu barədə xəbərlər yayılıb.
Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33