[b]Şəmkir sakini odlu silahla yaralandı[/b]
02 yanvar 2018 02:03 (UTC +04:00)

[b]Şəmkir sakini odlu silahla yaralandı[/b]

Şəmkir rayon sakini  odlu silahdan açılan atəş nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilib.

 

APA-nın qərb bürosunun xəbərinə görə, rayonun Alabaşlı kənd sakini, 1995-ci il təvəllüdlü Aslanov Cəfa Cəlalət oğlu sağ budun yuxarı hissəsinin üçdə birinin odlu silah yarası ilə xəstəxanaya yerləşdirilib.

 

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

İlkin məlumata görə, C.Aslanov ehtiyatsızlıqdan odlu silahdan atəş açaraq, özü-özünə xəsarət yetirib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212

Oxşar yazılar