Balakəndə övladının toy məclisinə dəvətnamə paylayan atanı maşın vurub öldürüb.
Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 25-i axşam saat 18:45 radələrində rayonun Qazma kənd sakini, 1963-cü il təvəllüdlü Hikmət Hənəfi oğlu Muradov avtomobil vurması nəticəsində aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq 53 yaşlı Hikmət Muradov xəstəxanaya daxil olduqdan bir qədər sonra ölüb.
Balakən rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə rayonun Qazma kəndi ərazisində baş verib. Hikmət Muradov hələki adı və soyadı açıqlanmayan sürücünün idarə etdiyi xırda tutumlu “Ford” markalı yük maşını ilə vurulduğu bildirilir. Məlumatda o da bildirilir ki, Hikmət Muradovu maşın vuran zaman o, üç gün sonra toyu olacaq övladı üçün dəvətnamə paylayırmış.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.