“Uşağıma baxan dayə evimdən oğurluq edib”. Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Nazənin deyib. “ATV”-nin “Şən bazar” proqramına qonaq olan müğənni başına gələn hadisədən danışıb: “Bir müddət öncə uşağıma bir dayə tutmuşdum. Özü də hicablı bir xanım idi. Amma o, hicabı nə üçün bağladığı isə sonradan məlum oldu. Bu insan mənim evimdən oğurluq etdi. Evimdə uşağıma baxan adamın belə bir hərəkət etməsi məni çox üzdü. Bir çox insanlar mənə məsləhət verdi ki, onu polisə verim. Amma tanınmış olduğuma görə, bu məsələni bağladım. Hazırda evimdə iki dayə var. Hər ikisindən razıyam. Razı olsam belə onlardan hələ də ehtiyat edirəm”.