Goranboyun Dəliməmmədli qəsəbəsində kütləvi dava olub. APA-nın qərb bürosunun xəbərinə görə, dava zamanı bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaq xəsarəti alıb.
Kütləvi dava zamanı bıçaqla qətlə yetirilən şəxs Dəliməmmədli qəsəbə sakini 1996-cı il təvəllüdlü Cəbrayılov Zülfüqardır. Bıçaq xəsarətləri alanlardan birinin kimliyi bəlli olub. O Dəliməmmədli qəsəbə sakini 1995-ci il təvəllüdlü Hatəmi Anar Azad oğludur.
İnsident zamanı daha bir neçə nəfərin bıçaqlandığı bildirilir.
Yaralılar Gəncədəki xəstəxanalara yerləşdiriliblər.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.